Konstruktorlar kubokunun sahibi bəlli oldu

14 Oktyabr 2019

Mükəmməl strateji qərarlar və pilotların yüksək göstəriciləri nəticəsində MERCEDES AMG Petronas Motorsport komandası 6-cı dəfə ardıcıl olaraq konstruktorlar kubokunu qazanmağa nail oldu.Riyazi hesablamalara görə çempionluq uğrunda yalnız Valtteri Bottas və Lyuis Hemilton mübarizə aparacaq.