Marşallarımız Formula 1 ABŞ Qran-Prisində

06 Noyabr 2019

03.11.2019 tarixində baş tutmuş ABŞ Qran-Prisində 8 marşalımız yüksək performans göstərərək yarışı uğurla başa vurmuşlar.

Marşallarımızın yarış vaxtı funksionallığı haqda komanda rəhbəri Brayan Qreqori bunları demişdir:

“Əvvəla, yarış zamanı Sizinlə vaxt keçirmək fürsətini əldə etmək çox xoş idi. Ümid edirəm ki, Sizə bilmək istədiyiniz hər şeyi göstərə bildim. F1 Azərbaycanın Baş Marşalı ilə vaxt keçirmək mənim üçün böyük şərəf idi! Gələcəkdə Bakıya səyahət etmək və yarışınızda iştirak etmək istərdim. Komandanızdan çox təsirləndim. Çox ağıllı və eyni zamanda çevik marşallardır.

Ümumiyyətlə, Azərbaycandan olan komanda əla bir iş gördü və çox istərdim ki, gələn il hamınız yenidən qayıdasınız. Ümid edirəm ki, gələn il Bakıdan daha çox marşal gəlməklə daha böyük uğur qazanacağıq və birlikdə çalışacağıq.

Bir daha təşəkkür edirəm. Siz mükəmməl bir iş gördünüz və tədbirimizin uğur qazanmasına öz töhfənizi verdiniz. "