Bakı Marşal Klubu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 16 fevral 2016-cı ildə təsis olunmuş Bakı Marşal Klubunun əsas məqsədi marşallar arasında ünsiyyət və əlaqəni gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və üzvlər arasında güclü qarşılıqlı münasibətlər yaratmaqdır.

“Bakı Marşal Klubu”, həmçinin, brendləşmə, promo, müxtəlif tədbirlərin təşkili, yerli və xarici marşallarla ünsiyyətin inkişaf etdirilməsi və Bakı Marşal Mərkəzinin faəliyyətinin həyata keçirilməsinə cavabdehlik daşıyır.

Klubun əsas məqsədlərindən biri Marşallıq hərəkatını genişləndirmək və Azərbaycanda bu məşğuliyyət növünü inkişaf etdirməkdir.

Bakı Marşal Klubunun üzvləri Bakıda təşkil olunumuş Formula 1 Avropa Qrand Prisi ərzində aktiv şəkildə iştirak etməklə yanaşı, müxtəlif ölkələrdə keçirilən 2016 Formula 1 Gulf Air Bahrain Qran Prisi, TCR Bahrain, Porsche GP3 və GP2 , 6 hours of Bahrain WEC, 2016 Formula 1 Etihad Airways Abu Dabi Qran Prisi, 2017 Formula 1 Gulf Air Bahrain Qran Pri, Porsche GT3 Orta Şərq, TCR Beynəlxalq seriya yarışları, 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkilində iştirak ediblər.

Marşallıq

Marşallıq çox əhəmiyyətli fəaliyyət sahəsi olaraq, məsuliyyət, dəqiqlik və bu şəraitdə işləmək üçün güclü istək kimi şəxsi keyfiyyətlər tələb edir. Marşallar – yarış zamanı yarana biləcək müxtəlif halları aradan qaldırmağa hazır ola bilən hərtərəfli bacarıqlara malik şəxslərdir.

Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin “Yarış Rəsmiləri” də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən “Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.

Marşallar yerinə yetirdikləri vəzifələrə əsasən növlərə bölünürlər:

Sektor Rəhbəri Marşal

Hər bir sektorda bir və yaxud bir neçə marşal postu və trek məntəqəsi yerləşə bilər. Hər bir Marşal postunda Müşahidəçilər, Bayraq və Trek Marşalları olur. Bunlarla yanaşı, Yanğın və Trekin Təmizlənməsi (bərpası) heyətləri müvafiq avadanlıqlar və avtomobillərlə birlikdə sektorun tərkib hissəsi hesab olunur. Sektor rəhbəri trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və Sektorda baş verən bütün işlərə görə məsuliyyət daşıyır.

Trek Marşalları

Trek Marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas marşallardır. Onların bir çox vəzifələri var; bu vəzifələrə trekə daxil olub, onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək daxildir. Onların cavabdehlik daşıdıqları işlərin siyahısı bunlarla yekunlaşmır. Bu vəzifəni icra edə bilmək üçün qərar qəbul etmək qabiliyyəti, zirəklik, komandada işləmək bacarığı, dözümlülük və təcrübə tələb olunur.

Bayraq Marşalları

FİA qaydalarına əsasən, Bayraq Marşalları trek boyunca yerləşən Marşal Məntəqələrində Yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə quraraq, onları qarşıda olan təhlükə barədə məlumatlandırmaq, qəza anında öz mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməklə digər Marşalların təhlükəsizliklərini təmin etməkdir.

Rəqəmsal Bayraq Marşalları

Rəqəmsal Bayraq Marşalları halqa boyu müvafiq mövqelərdə yerləşdirilib. Rəqəmsal Bayraq panelləri ənənəvi bayraq siqnallarına əlavə olaraq, Marşal postunda yerləşən Rəqəmsal Bayraq Marşalı tərəfindən əldə idarə olunan pult vasitəsilə idarə edilir. Rəqəmsal Bayraq Marşalları, əsasən, digər Bayraq Marşallarının gördüyü işi yerinə yetirir; yeganə fərq ondan ibarətdir ki, onlar bayraq əvəzinə displeydən istifadə edir.

Yanğınsöndürmə və Xilasetmə Marşalları

Yanğınsöndürmə və Xilasetmə marşalları, yanğınsöndürmə sahəsində xüsusi təlim keçmiş şəxslərdir. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyır. Onlar halqa boyunca trekin hər iki tərəfində, o cümlədən, Pit Xəttində və Yanğına Müdaxilə Avtomobillərində yerləşdirilir və Yarışa Nəzarət və Baş Yanğın mərkəzinə tabe olur.

Tibbi Marşallar

Tibbi xidmətlərə, Halqa Katibinin rəhbəriyi altında fəaliyyət göstərən Baş Tibbi Müşavir birbaşa cavabdehlik daşıyır. Bu xidmətə həkim heyəti (həkimlər, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri vasitəsilə trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, Tibbi Mərkəz, kommunikasiya, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir. Bu xidmətlər hər-hansı bir hadisə zamanı tibbi müdaxiləni təşkil etmək üçün nəzərdə tutulub.

Texniki Təftiş Marşalları

Texniki Təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunuq tələblərinə cavab verdiyini müəyyən edir. Baş Təftişçi və onun Köməkçisi tədbir ərzində FIA-nın Texniki Nümayəndəsinin rəhbərliyi altında fəaliyyət göstərir. Baş Təftişçi, FIA Texniki Nümayəndisinin fəaliyyəti üçün lazım olan bütün avadanlıqların təchizatına görə məsuliyyət daşıyır.

Pit və Sıra Düzülüşü Marşalları

Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri, tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir. Onlar yarış iştirakçıları üçün təhlükəsiz şəraitin yaradılması və qaydalara riayət edilməsinə görə məsuliyyət daşıyır. Bu marşallar, həmçinin, Start və Finiş qüllələri, cərimə bayraqları/işarələri, işıqlara nəzarətə görə məsuliyyət daşıyır. Onlar Pit Stopa giriş və çıxışa da nəzarət edir.

Bərpa (Təxliyyə) Marşalları

Bu komandaya halqanın müxtəlif yerlərində yerləşən kran, düz səthi yük avtomobilləri və s. kimi müxtəlif növ nəqiyyat vasitələrini idarə edə bilən kran əməliyyatçıları və xüsusi təlim keçmiş marşallar daxildirlər. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaq və həmin bolidləri paddoka, pit xəttinə və ya komandaların bokslarına qaytarılmalıdır.

Müşahidəçilər

Bu Marşallar Rabitəçi və ya Müşahidəçilər kimi tanınırlar. Onlar trek boyu yerləşmiş hər bir marşal postuna təyin edilərək, baş verənləri müşahidə edib, Yarışa Nəzarət mərkəzinə xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər. Müşahidəçilər Halqa Katibinin “gözləri” və “qulaqlarıdır”. Başqa sözlə desək, onların vəzifəsi sektorların­da baş vermiş hadisələr haqqında tərəfsiz rəy verməkdən ibarətdir.

Baxış və Missiyamız

"Regionda Marşallıq Standartlarını Təyin Etmək"

Bakı Marşallar Klubu böyük templərlə inkişaf edən və gələcəyə dəqiq baxışı olan bir qurumdur. Bizim başlıca məqsədimiz Avtomobil İdmanı dünyasının tanınan və qəbul olunan iştirakçısına çevrilməkdir.

"Marşallıq hərəkatını inkişaf etdirmək və bu fəaliyyət növünü Azərbaycanda genişləndirmək"

"BAXIŞ" hədəfimizə çatmaq və "Regionda Marşallıq Standartlarını Təyin Etmək" üçün biz, Klubun ölkə daxilində güclənməsinə və davamlı inkişafına nail olaraq, azərbaycanda bu fəaliyyət növünü genişləndirməliyik.

Dəyərlərimiz

  • İNSAN

    Biz, hədəflərimizə çalışqanlılıq, fədakarlıq və məsuliyyətlilik sayəsində çatırıq. Bu işi və ideyanı Klubun dəyərli əməkdaşları və Marşallarımız irəli aparır. Biz anlayırıq ki, bizim uğurlar təsadüfi deyil və məhz buna görə İNSANA DƏYƏR bizim başlıca prinsiplərimizdən biridir.

  • ƏNƏNƏLƏR

    Özünəməxsus ənənələrə sahib olan Marşallıq mədəniyyətini Avtomobil idman növlərinə yeni olan ölkədə milli adət və ənənələrə uyğunlaşdıraraq inkişaf etdirmək bizim üçün vacibdir. Buna görə də, ƏNƏNƏLƏRİMİZ bizim dəyərlərimizdən biridir.

  • BİRLİK

    Bİzim hədəflərimiz yüksəkdir və əldə olunması asan deyil, lakin Bakı Marşalları bu hədəflərə çatmaqa çətinlik çəkmirlər. Bizim uğurlarımız birliyimizdən irəli gəlir və buna görə də BİRLİK bizi uğura aparan dəyərlərimizdəndir.

  • HÖRMƏT

    Biz hər birimiz və bizim sıralara gələcəkdə qoşulan hər bir şəxs Marşallıq və Milli adət ƏNƏNƏLƏRƏ, bizimlə birgə bu yolu gedən İNSANLARA ehtiram və HÖRMƏTLƏ yanaşmalıdır. Biz anlayırıq ki, BİRLİK qarşılıqlı HÖRMƏT sayəsində əldə olunur və ancaq bu DƏYƏRLƏRƏ sadiq qalmağımız bizi hərzaman irəli aparacaq.