Rəsmi: Müqavilə uzadıldı...

07 Yanvar 2020

Maks Verstappenin Red Bull Racing ilə hazırkı müqaviləsinin müddəti 2020-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu və keçən mövsüm gənc hollandiyalının Mercedes və ya Ferrari komandası ilə müqavilə bağlayacağı barədə söz-söhbətlər var idi. Ancaq bu gün Max və Red Bull Racing komandası arasındakı müqavilənin 2023 mövsümünün sonuna qədər uzadılması elan edildi.

Maks Verstappen: "Komanda ilə işləməyə davam etməkdən məmnunam. Red Bull-da mənə inandılar və Formula 1-də debüt etməyimə imkan verdilər. Buna görə komandaya minnətdaram. İllər keçdikcə komanda ilə münasibətlər daha da gücləndi və yarışa həvəs və yarışlarda nəticə əldə etmək arzusu ilə dolu insanlarla işləməkdən məmnunam".