Marşallarımız 2019 Macarıstan Formula 1 Qran Prisində

07 Avqust 2019

Xarici marşallarla təcrübə təkminləşdirilməsi və mübadiləsi məqsədilə 4 Avqust tarixində baş tutmuş Macarıstan Qran Prisinə idarə heyəti tərəfindən bir qrup marşal göndərilmişdir. Marşallarımız Formula 1 yarışından əlavə Formula 2, Formula 3, Porsche Super Cup yarışlarında da iştirak edərək biliklərini maksimum dərəcədə istifadə etməyə nail olmuşdur.