2021-də Racing Point komandası yeni ad ilə

01 Fevral 2020

Indiki Racing Point komandasının sahibi Lourens Strol Aston Martin səhimlərinin 20 faizini əldə etdikdən sonra, 2021 mövsümündə adı çəkilən komanda Aston Martin adını daşıyacaq.

Lourens Strolun 182 million funt yatırım edəcəyi planlaşdırılır. Ümumilikdə Aston Martin şirkətinin investorları 500 million funt yatırım edəcəyi gözlənilir. Lourens Strol isə şirkətin prezidenti vəsifəsini icra edərək idarə heyətinə daxil olacaq.