Haas F1 komandası rəsmi olaraq Kevin Maqnussen və Roman Qrojanın 2020-ci il mövsümünün sonuna kimi müqavilələri uzadılması haqda bəyanat yaydı.
Kevin Maqnussen: Çətin mövsümdən sonra bu pozitiv xəbəri eşitməkdən məmnun oldum. Ümidvaram ki, gələn mövsüm 2018 –ci ildəki nəticələri əldə edə biləcəyik.
Roman Qrojan: Əla xəbərdir. Haas F1 yaranandan komandanın üzvü olmuşam və mübarizəni davam etdirib komandanın təkamülünə kömək etmək istəyimi daim bildirmişəm.
Günter Ştayner, komanda rəhbəri: Komandanın pilot heyətini olduğu kimi saxlamaq qərarı asanlıqla başa gəlmədi. Amma bu qərar pilotlar tərəfindən qazanılmış təcrübə sayəsində 2020 mövsümü üçün müsbət hala çevrilməyinə inanırıq.