Marşallar yanğın söndürmə təlimlərində iştirak etdilər

17 Fevral 2018


Ötən həftə yanğın söndürən marşallar üçün 17 fevral 2018 tarixindən başlayan və tanınmış təlimçilərin iştirakıyla həyata keçirilən təlimlərlə yadda qaldı. Yanğın söndürmə sahəsində bilik və bacarıqların artırılması marşalların yarış trassının təhlükəsizliyinin təmin olunmasında rolunun artırılması üçün çox yüksək əhəmiyyət daşıyır. Təşkil olunan təlimlərin başlıca məqsədi yanğından mühafizə və yanğının söndürülməsi avadanlıqlarından səmərəli istifadə bacarıqlarının aşılınması və bu istiqamətdə məlumatlığın və etimadın artırılmasına yönəlmişdir. Bu təlim-tədris imkanı yanğın söndürən marşallar üçün nəzəri biliklərlə yanaşı praktik imkanlarla da təmin edilmişdir. Hər qrupda 17-18 marşal olmaqla iki qrup təlimlərdə iştirak etmişdir. Təlimlərin sonunda iştirakçılar imtahan olunmuş və dörd illik beynəlxalq sertifikatlarla mükafatlarndırılmışdı

QALEREYA