FIA Formula 1 Dünya Çempionatında texniki qayda dəyişiklikləri

05 Dekabr 2019

FİA idarə heyəti 2020-ci il texniki qaydalara bir sıra dəyişiklikləri təsdiqlədi.
Bunlar:

  • Yarış həftəsi yanacağın maşından müəyyən qədər ixracı və sınaqdan keçirilməsi.
  • Yarış sonu electron finiş tavlosunun ləğvi və ən-ənəvi damalı bayrağın bərpası.
  • Qış sınaqları zamanı mediaya və azarkeşlərə daha cəlbedici olması üçün komandaların maşınları xüsusi örtüklə örtməsinin qarşısının alınması.
  • FİA idarə heyəti, 5 iyul 2019-cu il tarixində seçilmə yolu ilə “BBS” şirkətinin disk avadanlıqlarının vahid tədarükçüsü kimi təyin edilməsini təsdiqlədi.
  • Seçilmə yolu ilə kiçik təzyiqli yanacaq nasosu “Magneti Marelli”, yüksək təzyiqli yanacaq nasosu “Bosch” şirkətinə həvalə olunmuşdur.

Şirkətlərlə komandalar arasındakı danışıqlar FİA-nın idarə heyətinin nəzarəti ilə həyata keçirilir.