Azad Rəhimov vəfat etdi

01 May 2021

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar BMC ailəsi adından doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.
Azad Rəhimov mükəmməl idarəçilik xüsusiyyətləri ilə yanaşı həm də gənclərin güclü motivatoru kimi yaddaşımızda yaşayacaq. Azərbaycanda marşallıq cərəyanının yaranma ideyası, formalaşdırılması və inkişafı da məhz Azad Rəhimov ismi ilə bağlıdır. O, 2016-cı ildə Baku Marşal Klubun rəsmi açılış mərasimindən son günlərədək mənəvi dəstək göstərməklə üzvlərimizin yanında olub.

Allah rəhmət eləsin!